Giriş kodları
Təhlükəsizlik kodu cihazınızı icazəsiz istifadədən mühafizə etməkdə kömək edir.
Əvvəlcədən qurulmuş kod 12345. Siz kodu yarada və dəyişə və həmçinin cihazı kodu
tələb etdiyi üçün qura bilərsiniz. Kodu gizli və cihazınızdan ayrı olan təhlükəsiz yerdə
saxlayın. Əgər siz kodu unutmusunuzsa və cihaz kilidlənibsə, cihazın texniki xidmətə
ehtiyacı yaranacaq. Əlavə tariflər tətbiq oluna və cihazınızdakı bütün şəxsi məlumatınız
silinə bilər. Ətraflı məlumat üçün Nokia Care nöqtəsinə yaxud cihaz dilerinizlə əlaqə
saxlayın.
SIM kartla birgə verilən PIN kod kartı icazəsiz istifadədən qoruyur. Bəzi SIM kartlarla
birgə verilən PIN 2 kodu müəyyən xidmətlərə daxil olmaq üçün tələb olunur. Əgər PIN
və ya PIN2 kodunu ardıcıl olaraq üç dəfə yanlış daxil etsəniz sizdən PUK və ya PUK2
kodu tələb olunacaq. Əgər bu kodları bilmirsinizsə, xidmət təminatçınızla əlaqə
saxlayın.
SİM kartınızın təhlükəsizlik modulunda yerləşən məlumata giriş əldə etmək üçün modul
PİN tələb olunur. Rəqəmli imza üçün imzalanan PİN tələb oluna bilər. Məhdudlaşdırma
parolu zəng məhdudiyyəti xidmətindən istifadə olunan zaman tələb olunur.
Cihazınızın giriş kodlarından və təhlükəsizlik parametrlərindən necə istifadə etdiyini
qurmaq üçün
Menyu
>
Parametrlər
>
Təhlükə/-sizlik
seçin.