Avtomobillər
RF siqnalları elektron yanacaq injektor sistemləri, elektron antikilidləmə əyləc sistemləri, elektron sürət tənzimləyici sistemlər
və hava yastığı sistemləri kimi avtomobillərdə düzgün quraşdırılmayan və ya lazımi qaydada qurulmayan elektron sistemlərə
təsir göstərə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.
Ancaq ixtisaslı işçilər avtomobilə cihaz quraşdırmalı və ya təmir etməlidir. Səhv quraşdırma və ya təmir etmə təhlükəli ola bilər
və cihaza tətbiq edilən hər hansı zəmanəti yararsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün
quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və ya aksessuarları ilə eyni bölmədə alışan mayelər, qazlar və ya
partlayıcı maddələri saxlamayın və ya daşımayın. Unutmayın ki, hava yastıqları böyük qüvvə ilə açılır. Cihazınızı və ya
aksessuarları hava yasrığının açıldığı hissələrə yerləşdirməyin.
Təyyarəyə minməzdən əvvəl cihazı söndürün. Təyyarədə simsiz telecihazlardan istifadə təyyarənin işləməsi üçün təhlükəli
ola bilər və qeyri-qanuni ola bilər.