Təcili yardım zəngləri
Mühüm: Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və
istifadəçi üçün proqramlaşdırılmış funksiyaları istifadə edərək işləyir. Əgər cihazınız internet vasitəsilə səs zənglərini
dəstəkləyirsə (internet zəngləri), həm internet zənglərini və həm də mobil telefonu aktivləşdirin. Hər ikisi aktivləşdirilərsə, cihaz
həm mobil şəbəkə, həm də sizin internet zəngi provayderi ilə təcili yardım zəngləri etməyə çalışacaqdır. Hər şəraitdə bağlantıya
təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1
Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın. Cihazınızdan asılı olaraq, aşağıdakıları
tamamlamalı ola bilərsiniz:
•
Cihazınıza SİM kart daxil edin.
•
Cihazınızda aktivləşdirdiyiniz müəyyən zəng məhdudiyyətlərini götürün.
•
Profilinizi Qoşulu olmayan və ya Uçuş rejimi profilindən aktiv profillə dəyişdirin.
2
Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər başa çatdırma düyməsini basın.
3
Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
4
Zəng düyməsini basın.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız yeganə
kommunikasıya vasitəsi ola bilər. İcazə verilənədək zəngi bitirməyin.