Ovi-yə keçmək
Ovi-yə Nokia tərəfindən təmin olunan xidmətlər daxildir. Ovi ilə siz poçt hesabını
yarada, şəkillərinizi və video kliplərinizi dostlarınız və ailənizlə paylaşa, səyahətləri
planlaşdıra və xəritədə yerlərə baxa, cihazınıza oyunları, proqramları, video klipləri və
tonları yükləyə və musiqini ala bilərsiniz. Mövcud xidmətlər region üzrə fərqlənə bilər
və bəzi dillər dəstəklənmir.
Veb ya İnternet
31
Ovi xidmətlərinə daxil olmaq üçün www.ovi.com səhifəsinə keçin və öz Nokia
hesabınızı qeydiyyatdan keçirin.
Xidmətlərin istifadəsinə dair ətraflı məlumat üçün hər xidmətin dəstək səhifələrinə
baxın.
SIM xidmətləri
Sizin SİM kart istifadə edə biləcəyiniz əlavə xidmətləri təmin edə bilər. Bu menyuya
yalnız sizin SİM kart tərəfindən dəstəkləndikdə daxil ola bilərsiniz. Menyunun adı və
məzmunu mövcud olan xidmətlərdən asılıdır.
Ətraf mühitin qorunması üzrə məsləhətlər
Enerjiyə qənaət
Əgər aşağıdakıları etsəniz (cihazınız üçün mövcud olduğu halda), batareyanızı tez-tez
doldurmağa ehtiyac olmayacaq:
•
İstifadə olunmadığı halda proqramları və məlumat bağlantılarını, misal üçün,
Bluetooth bağlantınızı bağlayın.
•
Əgər cihaz buna imkan verirsə, onu minimum işsizlik müddəti ötdükdən sonra
enerjiyə qənaət rejiminə keçməsini qurun.
•
Düymə səsləri kimi lazımsız səsləri söndürün.
Tullantıların təkrar istifadəsi
Cihazın bütün materialları utilizasiya oluna bilər. Köhnə Nokia məhsullarınızın
utilizasiyası haqda məlumat üçün www.nokia.com/werecycle və ya mobil cihazdan
istifadə edərək www.nokia.mobi/werecycle veb-saytına keçin.
Siz qablaşdırma materiallarını və istifadəçi təlimatlarını öz yerli təkrar istifadə
qaydalarınıza uyğun olaraq təhvil verə bilərsiniz.
Məhsulunuzda, batareyanızda, sənədlərinizdə yaxud paketlərdə üzərində xətt çəkilmiş
təkərli zibil qutusu bütün elektrik və elektron məhsullar, batareyalar və
akkumulyatorlarınızın istifadə müddətinin sonunda ayrıca utilizasiya olunduğunu
xatırladır. Bu avadanlıq Avropa Birliyinə aiddir. Bu məhsulları çeşidləşməmiş məişət
tullantılar kimi atmayın. Telefonunuzun ətraf mühitə təsir göstərdiyi xüsusiyyətləri
32